Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin
əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması,
saxlanması, araşdırması və təbliğidir.Muzeyin fondunda 50 mindən çox eksponat toplanmışdır.
Bunlardan Azərbaycan milli musiqi alətləri olantar, kamança, saz, dəf, qoşanağara, zurna, ney,
eləcə də özunəməxsus xususiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə
qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azərbaycan professional musiqi
sənətinin banisi Üzeyir Hacıbəyovun , milli professional vokal sənətinin banisi Bülbülun,
gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun və başqa musiqi xadimlərinin muəllif
not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri sənət nümunələri, notlar,
kitablar və s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar
Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.