Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Tədbir haqqında

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması,saxlanması, araşdırması və təbliğidir.

Muzeyin fondunda 50 mindən çox eksponat toplanmışdır. Bunlardan Azərbaycan milli musiqi alətləri olantar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özunəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir.

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun,  milli professional vokal sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun və digər musiqi xadimlərinin müəllif not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri sənət nümunələri, notlar, kitablar və s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.

 

Yaş məhdudiyyəti / Dil

0+ / Azərbaycanca
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi