Bəli, elektron poçtunuza gələn e-bileti çap etməyiniz və yaxud mobil telefonunuzda göstərmək kifayətdir. Elektron biletlər çatdırılmır və ya fiziki biletlərlə əvəz olunmur.
Biletləri şəhərin bütün kassalarından, “28 Mall”, “Ganjlik Mall” ticarət mərkəzlərindən, həmçinin Heydər Əliyev Sarayının kassasından, ASAN Xidmət mərkəzlərindən və teatr kassalarından əldə edə bilərsiniz. Satış məntəqələri haqqında ətraflı məlumatla «Biletlərin satış məntəqələri» bölümündə tanış ola bilərsiniz.
Çatdırılma xidməti, şənbə və bazar günləri istisna olmaqla, tədbir satışa çıxdığı andan tədbirə 5 gün qalanadək Bakı şəhəri daxilində 4-5 iş günü ərzində həyata keçirilir.
Uşaq tədbirləri üçün biletlər 3 yaşdan etibarən əldə olunmalıdır. Yaş məhdudiyyəti haqqında məlumatı tədbirin səhifəsində tapa bilərsiniz.
Böyüklər üçün nəzərdə tutulmuş tədbirlərə 6 yaşdan kiçik uşaqlar buraxılmır. 6 yaşdan yuxarı uşaqlar yalnız böyüklərin müşayiəti ilə əlavə biletlə tədbirə daxil ola bilərlər.
Xeyr, “Promo kod” bölməsi yalnız təşkilatçılar öz tədbirinə müəyyən endirim təqdim etdikdə doldurulur.“Promo kod” tamaşaçılara tədbirin təşkilatçıları və ya iTicket.AZ tərəfindən təqdim edilməlidir.
Məlumatlarınızın qeydiyyatı bizə biletlər haqqında, bilet mövcudluğu və hər hansı bir sifarişinizin yeniləməsi haqqında məlumat verməyə imkan verir.
Tədbirdən asılı olaraq fiziki Biletlər itirildikdə və ya oğurlandıqda biletin dəyərinin 15% - ni tutmaqla bərpa edilə bilər. E- biletləri onlayn hesabınızdan yenidən yükləyə bilərsiniz. Xahiş edirik, unutmayın ki, suyun, palçığın, istiliyin və ya günəş işığının təsiri biletinizə zərər verə bilər. Əgər biletin hər hansı bir hissəsi zədələnibsə, sizə tədbirin keçirilmə məkanına daxil olmağa imtina edilə bilər.
Biletlərinizi diqqətlə seçin. Ödəniş biletlərin sifarişi təsdiqləndikdən dərhal sonra həyata keçiriləcək. Tədbirin baş tutmasına 48 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, biletin dəyərinin 30%-i tutulur. Tədbirin baş tutmasına 48 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir. Biletlərin yenidən satışı qadağandır və biletlərin ləğvi ilə nəticələnə bilər.
Tədbir təxirə salınarsa və ya məkanı dəyişərsə, biletlərinizin yeni zamana və ya yeni məkana etibarlı olması haqqında məlumatı çağrı mərkəzimizdən əldə edə bilərsiniz. Yeni tarix və ya məkan sizi qane etmədiyi təqdirdə tədbirin təxirə salınması haqda məlumatın verilməsindən etibarən, 14 gün ərzində biletlərinizi qaytarıb ödənişinizi tutulma olmadan geri ala bilərsiniz. 14 gündən çox müddət keçdikdə "Biletin qaytarılması və dəyişdirilməsi" qaydalarına əsasən, bilet dəyərinin 30%-i tutulur. Tədbirin yeni tarixdə baş tutmasına 48 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir. Tədbir ləğv olunarsa, sorğunuz əsasında, ödənişiniz tutulma olmadan geri qaytarılacaq.
Bəli, ala bilərsiniz. Biletləri istənilən yer və zaman iTicket.AZ veb səhifəmiz və ya mobil əlavəmiz vasitəsilə onlayn əldə edə bilərsiniz.
Məkana daxil olmaq üçün tamaşaçıların etibarlı bileti olmalıdır. Yaşı 16-dan az olan bilet sahibləri yalnız əlavə bilet və etibarlı şəxsiyyət vəsiqəsi olan böyüklərin (18+) müşayiəti ilə tədbirdə iştirak edə bilərlər.