Şəki Xan Sarayı

Tədbir haqqında

 Şəki Xan Sarayı – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir.

Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi ilə birgə “Xan Sarayı” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 XVIII əsrdə inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində qala divarları ilə əhatə olunmuş tarixi ərazidə yerləşir.

Hazırda turizm nümayiş obyekti olaraq fəaliyyət göstərən saray 1762 - ci ildə Hacı  Çələbi  xanın nəvəsi olan Məhəmməd Hüseyn  xanın  istəyi ilə  tikilib, binanın  tikintisində yapışqandan, mismardan  və sementdən  istifadə  edilməmişdir. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm barılar əhatə edir. Barılar adi hasar kimi tikilməyib, onlar - yazılıbdır.

İki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.

Tavandakı   kitabənin  içərisində güzgü ilə oxunan kicik bir şeir parçası var. Orada  qeyd  edilib  ki: “mən  bunu  yazdım  yadigar, mən qalmaram - bu qalacaq  yadigar”.

 

Yaş məhdudiyyəti / Dil

0+
Şəki Xan Sarayı Şəki Xan Sarayı

Məkan yeri
Mirzə Fətəli Axundov, Şəki, AZ5503