Şəkixanovlar evi

Tədbir haqqında

Şəkixanovların evi - dekorativ elementlərlə zəngin, saray tipli yaşayış evidir. Qaladan bir qədər uzaqda, Şəki Xan sarayından qərbdə, "Otaq eşiyi" məhəlləsində şəbəkə üsulu ilə tikilib. Tikilinin interyerindəki divar naxışları Xan sarayının divarına naxışların vurulmağa başlandığı dövrə, XVIII əsrin ikinci yarısına aiddir. Şəkixanovların evində Şəki xanlarının qohumları yaşayıb.

İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina çiy kərpicdən tikilib. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada
"buxarılar" yerləşdirilib.
 
Daxili dekorativ elementlərinin zənginliyi ilə Şəkixanovların evi saray tipli evləri xatırladır. Belə ki, Şəkixanovların evi ilə ondan çox da uzaqda yerləşməyən Şəki Xan sarayı arasında uyğunluqlar kifayət qədərdir.
 
Binanın tikintisində gildən istifadə olunub ki, bu da otaqları yayda sərin, qışda isə isti saxlayıb. Otaqlar öz mürəkkəb və rəngarəng tərtibatı ilə fərqlənir. Burada şəbəkə formalı pəncərələrdən süzülən günəş şüaları, rəngarəng rəsmlər, müxtəlif qızıl suyu ilə çəkilmiş naxışlar, fərqli fiqurlarla yığılmış güzgülər və digər bəzək əşyaları qoyulub.
 

 

Yaş məhdudiyyəti / Dil

0+
Şəkixanovlar evi Şəkixanovlar evi

Məkan yeri
Şəki şəhəri, Hikmət Ələkbərzadə küçəsi, 21