1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur azərbaycan dramaturqu Cəfər
Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu
eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın
yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan
mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür.
Proqram və afişalar, əlyazmaları, məktublar, rejissor şərhləri və rol dəftərləri, foto və neqativlər,
geyim və dekorasiya eskizləri, tamaşaların maketləri, şəxsi əşyalar və rekvizitlər, teatr
kostyumları və kuklalar, obrazlar, səs yazıları və kinolentlər olduqca qiymətlidir. Muzey
eksponatlarının əsas hissəsi orijinaldır.
Muzeyin ekspozisiyası üçüncü mərtəbədə, yeddi (7) zalda yerləşir. İnzibati otaqlar isə birinci
mərtəbənin sol cinahında yerləşir.