Sehrbazlar dərəsi

Tədbir haqqında

Kamal Abdulla "Sehrbazlar dərəsi"

"Sehrbazlar dərəsi" tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı romanı əsasında hazırlanıb. Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

Tamaşa eyni zamanda həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Ümumiyyətlə, həqiqəti anlamaq istəyi nəyə gətirib çıxarır? İntiqam vacibdirmi? Tamaşa "Qisas hissi ilə yaşama" ideyasına xidmət edir, bu fikri aşılayır.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Sehrbazlar dərəsi Sehrbazlar dərəsi

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan