İnanıram

Tədbir haqqında

“İnanıram”

Yaş həddi: 14+

Müəllif: Ülviyyə Heydərova

Quruluşçu rejissor: Elşad Rəhimzadə

Tək ifa:  Zemfira Əbdülsəmədova

Janr:  psixoloji dram

Tamaşanın müddəti: 45 dəqiqə

“İnanıram” monopyesi müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Hətta körpəni belə bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Oğlunu şəhərdə böyüdür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır...

Yaş məhdudiyyəti / Dil

14+
İnanıram İnanıram