Gəlin Qayası

Tədbir haqqında

Şəfiqə Axundova

"GƏLİN QAYASI"

Libretto müəllifləri: Süleyman Rəhimov və İsgəndər Coşqun
Dirijor: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Quruluşçu rejissor: Hafiz Quliyev, Əməkdar incəsənət xadimi
Quruluşçu rəssam: Ənvər Almaszadə, Əməkdar rəssam
Rəssam: Tehran Babayev, Əməkdar mədəniyyət işçisi
Xormeysterlər: Sevzixan Serderov, Zöhrə Haşımova
Xoreoqraflar: Tamilla Şirəliyeva, Xalq artisti; Yuriy Lobaçev, Əməkdar artist


İştirak edənlər:

  • Gülbahar - Arzu Əliyeva, Əməkdar artist
  • Camal - Xəyal Hüseynov
  • Xan - Cahangir Qurbanov, Əməkdar artist
  • Sənəm - Aytən Məhərrəmova
  • Nurani qoca - Mütəllim Dəmirov
  • Tutu - Mülayim Həsrətova
  • Ana - Humay Məmmədova
  • Camalın bacısı - Günel Hacıyeva
  • Vəzir - Mahir Tağızadə
  • Kəndli - Vüqar Əliyev
  • 2-ci kəndli - Nəzər Bəylərov
  • Əmi qızı - Afaq Ağayeva
  • Əmi oğlu - Mirəli Sarızadə

Solo tarda: Elxan Mansurov, Əməkdar artist


"GƏLİN QAYASI"

I pərdə

Birinci şəkil:
Ovçular mahalının xanı kəndli qızı Gülbahara vurulub. Arzusuna nail olmaq üçün kəndin suyunu kəsdirir və suyu açmaq üçün Gülbaharın sevgilisi Camalı dağlara göndərir. Kəndlilər suyun və Camalın yolunu gözləyirlər. Xanın baş hərəmi Sənəm Gülbahara xəbərdarlıq edir ki, əgər xanın məhəbbətinə razı olsa, bədbəxt olacaq. Gülbahar təşviş içində ürək sirrini gizlətməyə çalışır. Camal suyu açıb kəndə qayıdır və Gülbahara xanın niyyətini öyrənir. Xanın sarayına getmək qərarına gəlir.

İkinci şəkil:
Camal anası ilə Xanın yanına gəlir, pələng dərisi bağışlayır və Gülbaharla evlənmək istəyini bildirir. Xan razılaşır, lakin şərtlə: Gülbaharın toyu yalnız xanın bağışladığı libasla olmalıdır. Camal etiraz etsə də, anasının təkidi ilə libası götürüb gedir. Toy zamanı Xan yeni şərt irəli sürür: Camal ikinci pələng dərisi gətirmək üçün toyu tərk etməlidir.


II pərdə

Birinci şəkil:
Camalın toyunda kəndlilər böyük şənlik keçirirlər. Xan və Vəzir gəlib yeni şərt irəli sürür: Camal ikinci pələng dərisi gətirmək üçün dərhal yola düşməlidir. Camal razılaşır, toy dağıılır. Sənəm Gülbahara xanın məqsədini izah edir və Camalı geri qaytarmağa çalışır.

İkinci şəkil:
Gülbahar saraya gedir və xanla üzləşir. Gülbahar xanın niyyətinə qarşı çıxır və qayadan atılmağa razı olduğunu bildirir. Bu zaman Sənəm Camala kömək üçün gəlsə də, Xan Sənəmi öldürməyə çalışır. Sənəm özünü xilas edə bilmir və həlak olur. Camal gəlir və Gülbaharın qayadan atılmasının qarşısını almağa çalışır.

Üçüncü şəkil:
Gülbahar qayadan atılmağa məcbur edilir. Son anda xanın üzərinə atılaraq onu öldürür və özünü qayadan atır. Camal və kəndlilər Gülbaharın son nəfəsinə çatır. Gülbahar sevgisini ifadə edərək ölür. Kəndlilər qayaya "Gəlin Qayası" adını verərək onun məhəbbətini əbədiləşdirirlər.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Gəlin Qayası Gəlin Qayası