Azərbaycan xalq nağılı “Ana keçinin intiqamı” nağılı əsasında “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema yazan Mikayıl Müşfiq beləcə böyük və zəngin poeziyasında balacalara da yer verdi.
Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli mono tamaşa kimi yanaşdı və göstərdi ki, bir aktyorun ifasında eyni zamanda bir neçə obrazı canlandırıb, ifadə etmək olar.
Bir aktyorun (Ülviyyə Əliyeva) bir neçə personaja can verdiyi tamaşanın mahnı mətnləri də Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib.