Ledi Maqbet

Tədbir haqqında

Vilyam Şekspir “Ledi Maqbet”

V. Şekspirin “Maqbet” faciəsi əsasında hazırlanan “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi diqqət Ledi Maqbetin üzərində cəmləşib. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.

Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır. O, cadugərlərin peyğəmbərliklərini təkəbbürlə yanlış şərh edir, onların şöhrət vədinə inanır. O, eşitmək istədiklərini eşitmiş, inanmaq istədiklərinə inanmışdı. Günah hissi onların arzuladıqları gücdən tam həzz almalarına mane olur. Günahkarlıq hissi Ledi Maqbetə əzab verməkdə davam edir. Bu günah onların hər ikisini dəliliyə və İlahi ədalətin hökmü ilə ölümə sürükləyir.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Ledi Maqbet Ledi Maqbet

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan