Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrı böyük dramaturq Uilyam Şekspirin məşhur “Hamlet” faciəsini təqdim edir. Dünya dramaturgiyasının ən təsirli tragediyalarından sayılan “Hamlet” tamaşası həqiqi kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik və dahilik arasındakı incə xətti, insan münasibətlərini, xəyanəti və mənəviyyatı sərgiləyir. Qeyd edək ki, bu tamaşa hazırda “Hamlet” əsəri əsasında nümayiş olunan yeganə tamaşadır.
Janr: Faciə
Dil: Azərbaycan dili
Yaradıcı heyət:
Əsərin müəllifi: Uilyam Şekspir
Quruluşçu rejissor: Nihad Qulamzadə
İkinci rejissor: Səmayə Ağayarova
Geyim rəssamı: Nübar Hüseynova
Musiqi tərtibatı: Nicat Qulam
İşıq rəssamı: Binyamin Sailov
Multimedia: Famil Mahmudbəyli
Rollarda:
Hamlet – Elşən Əskərov
Klavdi – İlqar Cahangir (Respublikanın Əməkdar Artisti)
Poloni – Qasım Nağı (Respublikanın Əməkdar Artisti)
Gertruda – Könül Şahbazova
Laert – Elsevər Rəhimov
Horatsio – Amin Əskərov
Ofeliya – Səmayə Ağayarova
Müşavir – Elvin Mirzəyev
Aktyor – Bəhram Rəhimli
I məzarçı – Orxan Əliyev
II məzarçı – Gülnar Əlfidatlı