Qarabağnamə

Tədbir haqqında

 "Qarabagnamə" ("Hökmdar və gızı")

Yaş həddi: 13+

Müəllif: İlyas Əfəndiyev

Janr: İki hissəli faciə

Quruluşçu rejissor və rəssam: Mərahim Fərzəlibəyov (xalq artisti)

Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam)

"Qarabağnamə" tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.


Dram əsəri xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii və obrazlı tərənnümüdür. 

İbrahim xan Şuşa qalasında hakimiyyətini bərqərar edərək həm İranla, həm də Rusiya ilə siyasi-iqtisadi əlaqələri və dostluq münasibətlərini möhkəmlətməyə çalışır. Onun bu siyasəti Azərbaycanın digər xanlıqlarında əvvəl gizlin,  sonra açıq narazılıq doğurur. Vəziyyətdən istifadə edən erməni icması xanlıqlar arasındakı narazılıqları fitnə-fəsadla düşmənçilik səviyyəsinə çatdırır. Bütün bunlar Azərbaycanda böyük fəlakətlər törədir. İbrahim xan çar siyasətinin səmimiliyinə inanır və sonda aldadıldığını anlayır. 


Tamaşada İbrahim xan ictimayi-siyasi, ailə- məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. İbrahim xan hətta qızı Ağabəyim ağanı da siyasətə qurban verərək, onu İran hökmdarı Fətəli şaha ərə verir. Lakin bu ayrılıq Ağabəyim ağanın Qarabağa olan məhəbbətini ürəyindən qopara bilmir.

Yaş məhdudiyyəti / Dil

13+ / Azərbaycanca
Qarabağnamə Qarabağnamə

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan