Bəxtiyar

Tədbir haqqında

“Bəxtiyar” musiqili komediyası görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk dəfə səhnəyə qoyulub, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.  
Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

"Bəxtiyar" filmi 1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilib və əsərin süjet xətti ilə hamı tanışdır. Filmin səhnə variantı isə fərqli təəssüratlar yaradır. 
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.
Tamaşada teatrın tanınmış aktyorları iştirak edirlər.

Yaş məhdudiyyəti / Dil

12+
Bəxtiyar Bəxtiyar