Bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri

Tədbir haqqında

14 və 15 dekabr tarixlərində Milli Gimnastika Arenasında qış mövsümünün ən parlaq hadisələrindən biri - bədii gimnastika üzrə “Qış Nağılı” adlı beynəlxalq turnir keçiriləcək. Bu zəriflik yarışı 2009-2018-ci il təvəllüdlü gənc gimnastların parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirəcək.

İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşərək izləyicilərə unudulmaz anlar bəxş edəcək və gimnastikanın valehedici dünyasına bir pəncərə açacaq. “Qış Nağılı” turniri xarici ölkələrin gimnastika federasiyalarını, klublarını və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərək gimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayiş etdirəcək. Bu turnir həm də gənc gimnastların bacarıqlarını geniş auditoriya qarşısında sərgiləmək və qlobal səhnədə parlamaları üçün bir fürsətdir.

Qeyd etmək lazımdır ki, gələn il yeni yarış qaydaları qüvvəyə minəcəkdir. Bu səbəbdən idmançılarımızı, yeni qaydaları mənimsəmək və növbəti ilin yarışlarına hazır olmaq üçün bu turnirdə iştirak etməyə və təcrübə toplamağa dəvət edirik.

Sizi də bu qış gecəsinin sehrini bizimlə yaşamağa çağırırıq. Gimnastlarımızın nağıllardan çıxmış qəhrəmanları xatırladan performanslarını izləmək üçün bu turnirdə yerinizi alın və qışın sehrli dünyasına bizimlə addım atın!

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri Bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri