Oktyabr ayının 3-dən 6-dək “Ocaq Sport” klubunun təşkilatçılığı ilə paytaxtımızda bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” təşkil ediləcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər. Yarışda 10 ölkəni təmsil edəcək 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası qüvvəsini sınayacaq.
Yarışda 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.