Batut gimnastikası və Tamblinq üzrə Dünya kuboku, AGF Trophy

Tədbir haqqında

Azərbaycan Gimnastika Federasiyası 2025-ci ilin fevral ayından etibarən beynəlxalq yarışlar mövsümünə start verir.

Federasiyanın təşkil edəcəyi ilk yarış 22 və 23 fevralda ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək “Batut gimnastikası və Tamblinq üzrə Dünya kuboku, AGF Trophy” olacaq. 
Yarışda batut üzrə 16, tamblinq üzrə 6 ölkə təmsilçisi çıxış edəcək. Fərdi və sinxron proqram üzrə keçiriləcək batut yarışlarında ilk dəfə olaraq qarışıq sinxron çıxışlar baş tutacaq.  
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.
Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil edəcəyi səkkizinci Dünya kuboku olacaq.  
Yarışlar haqqında ətraflı məlumat Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.

Biletlərin qiyməti 22 fevral yarışı üçün 10 manat, 23 fevral yarışı üçün 15 manat təşkil edir.
Yarışların başlama vaxtı:

22 fevral – 09:00
23 fevral - 12:00

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Batut gimnastikası və Tamblinq üzrə Dünya kuboku, AGF Trophy Batut gimnastikası və Tamblinq üzrə Dünya kuboku, AGF Trophy

Məkan yeri
Heydər Əliyev prospekti 178A, Bakı, Azərbaycan