Ləpirçi: Təbiətin Sirli İzləyiciləri
Kəşfiyyata hazırsınız?
Bu unikal Ləpirçi master-klassında övladlarınız təbiət detektivinə çevriləcək! Onlar heyvan izlərini tanımağı öyrənərək, meşənin görünməz sakinlərini “görməyi” bacaracaqlar.
Nə öyrənəcəklər?
Heyvanların izlərini və hərəkət istiqamətlərini necə təyin etməyi
Hər izi bir hekayəyə çevirməyi və yırtıcı ilə ov arasındakı fərqi anlamağı
Təbiətdə sağ qalma və müşahidə bacarıqlarını inkişaf etdirməyi
"Forest School Azerbaijan"ın təcrübəli pedaqoqları ilə övladlarınız unudulmaz bir macəraya atılacaq!
Qeyd: Master-klass sadəcə uşaqlar üçün nəzərdə tutulmuşdur. Övladınızı master-klass bitdikdən sonra pedaqoq liderimizdən təhvil ala bilərsiniz.