Rəsm kursu

Tədbir haqqında

Azərbaycan Milli Xalça Muzeyində uşaqlar və böyüklər üçün 3 aylıq rəsm kursuna başlanılır. Dərslər rəssam-pedaqoq Azər Abdullayev tərəfindən Azərbaycan və rus dillərində, həftədə 2 dəfə qrup və fərdi şəkildə keçirilir. Hər dərs 1,5 saat davam edir. Kursu bitirənlərə sertifikat veriləcək.

Kurs müddətində iştirakçılar üçün muzeyə ekskursiya, peşəkar xalçaçı-rəssamla görüş təşkil olunacaq, milli xalça naxışları, onların semantik mənaları haqqında məlumat veriləcək, xalçatoxuma üzrə ustad dərsləri keçiriləcək.

Bir sözlə, Azərbaycan Milli Xalça Muzeyi istedadını üzə çıxarmaq istəyən hər kəsi rəsm və xalça dünyasına unudulmaz səyahətə dəvət edir.  

Biletlər qaytarılmır və dəyişdirilmir. 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Rəsm kursu Rəsm kursu

Məkan yeri