“Buratinonun macəraları”
(Birhissəli musiqili macəra)
Yaş həddi: 6+
Müəllif: Aleksey Tolstoy
Quruluşçu rejissor: İvitsa Simiç (Xorvatiya)
Baş rolların ifaçısı: Elnur Bəhramxan (Əməkdar artist), Asya Atakişiyeva, Manaf Dadaşov, Anar Seyfullayev, Gülbəniz Lətifova
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: 1 saat 30 dəqiqə
Dünyanın bir çox yazıçılarının diqqətini cəlb etmiş oduncaq adam rəvayəti onlarla versiyalarda işlənmişdir. Tənha qoca oduncaqdan adam düzəldir və o, canlıya çevrilib insan ömrü yaşayır.
Teatrımızda tamaşaya qoyulan bu nağıl da dinamikası, macəraları ilə diqqəti cəlb edir. Tolstoy oduncaq övladı –Buratinoya həyatın ən sərt tərəflərini göstərir. O, atasına qızıl açar gətirmək üçün çox çətin sınaqlardan çıxır.
Buratino onu odundan yaradan Karlo atasına sədaqətli qalır, ağıllı, tərbiyəli olmağa, məktəbdə oxumağa söz verir. Onun rastlaşdığı teatr aktyorları, müxtəlif xarakterli insanlar anladırlar ki, həyatda zəhmət, istedad, bir də ağıl insanın yaxın dostu olmalıdır. Böyüklərə hörmət, onların ağıllı məsləhətləri uşaqların yoluna işıq salır. Məhz bu cəhətləri ilə Buratino Karlo ataya xəzinə qapılarını açır və onun yeni bir teatr yaratmasına, istedadlı işsiz aktyorları ətrafına toplamağa imkan yaradır.