Oktyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin “Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək.
Azərbaycan Televiziyasının dəstəyi ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcəklər.
Biletləri şəhərin kassalarından və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Hörmətli tamaşaçılar!
Diqqətinizə çatdırırıq ki, nəzərdə tutulan konsertin proqramında müəyyən səbəblərdən dəyişikliklər və əlavələrin olması mümkündür.