İştirakın əsas şərti - 20-ci illərin tərzində geyim koduna uyğun olmaqdır!
20-ci illərin (a-la Qetsbi) tərzinə uyğun olmayan qonaqlar kostyumlu axşama buraxılmayacaq!
Özünüzü 1920-ci illərin atmosferində hiss etmək, cazibədar caz melodiyalarından zövq almaq, Charleston və Foxtrot rəqs etmək, intriqa dolu "mafiya" oynamaq istəyirsinizsə, gecənin ən zərif libası müsabiqəsində iştirak etmək, interaktiv tamaşada Detektiv istintaqın iştirakçısı olmaq istəyirsinizsə Sizi "Retro" tematik axşamına dəvət edirik.
Görüş yeri-Villa Petrolea!
Sizi gözləyir:
1. Şəhərin ən maraqlı yerlərindən birində fotosessiya.
2. Əyləncəli oyunlar.
3. Bufet masası.
4. Musiqi, Rəqs.
5. Robert Tomanın "tələ"pyesi əsasında interaktiv tamaşa.