Sehrli bir macəraya hazırsınız?
Ay şahzadəsi Novruzun itirilmiş sehrini qaytarmaq üçün uşaqlarla birgə Sirli dünyaya yollanır! Uşaqlar Ağıl Şəlaləsi, Odlu Pələng, Meşə Ruhu və digər sehrli qəhrəmanlarla qarşılaşaraq onların sınaqlarından keçməli olacaqlar. Sehrli açarları yalnız bu sınaqlardan keçərək qazanmaq mümkündür.
Əsl nağıl dünyasında unudulmaz anlar yaşamaq və bu sehrli səyahətin bir parçası olmaq istəyirsiniz?