Mert Demir

Tədbir haqqında

Fanat bazasını günü-gündən artıran və mahnıları rəqəmsal platformalarda yayım rekordları qıran, prodüser, müğənni və bəstəkar Mert Demir 6 Dekabr 2024-cü il tarixində Bakı İdman Sarayında olacaq.

İlk konsertində 2000-ə yaxın azərbaycanlı musiqisevərə unudulmaz saatlar bəxş edən Mert Demir, böyük tələbatla Bakıda yenidən pərəstişkarları ilə görüşməyə hazırlaşır.

2017-ci ildən bəri orijinal və yenilikçi əsərləri ilə seçilən sənətçi ‘Bak Kollarım Burada’ və ‘Kimim Lan Ben’ albomlarından əlavə, son zamanlarda ‘Antidepresan’, ‘İkimize Birden’, ‘Ateşe Düştüm’, ‘Acı Veriyor’, ‘Cehennemin Dibi’ kimi təkliflərlə də adından söz etdirdi.

Bir çox duyğuların tərcüməçisi Mert Demir mahnıları ilə Türkiyənin də hüdudlarını aşır. Demir, əsərləri ilə bir çox Avropa və Yaxın Şərq ölkəsində musiqi siyahılarının və radiolarının başındadır.

Öz üslubu, rəngarəng və möhtəşəm səhnəsi ilə tamaşaçılarına konsertlərdə xüsusi təcrübə təqdim edən sənətçi konsertlərindəki səhnə performansı ilə günlərlə danışılır. Demir hazırda üçüncü studiya albomuna hazırlaşır.

Bizon içkilərinin təqdimatında 6 Dekabr tarixində Bakı İdman Sarayında keçiriləcək bu konserti qaçırmayın

Yaş məhdudiyyəti / Dil

12+ / Türkçe
Mert Demir Mert Demir

Məkan yeri