Azərbaycan Milli Xalça Muzeyi dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Leyli və Məcnun” kölgə teatr tamaşasını səhnələşdirib. Dörd səhnədən ibarət tamaşada 20 maraqlı obraz təqdim olunur.